azercell_2

Vahid Mürsəliyev “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi mükafatlandırldı

Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev ölkədə fəaliyyət göstərən ən aparıcı şirkətlərdən birində səmərəli rəhbərlik fəaliyyətinin nəticəsi kimi daha bir mükafata layiq görülüb. Şirkət prezidenti “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər müəssisə rəhbəri” kimi qızıl medal və diplomla təltif olunub.  Mükafatı Vahid Mürsəliyevə “Avropa Nəşr Mətbuat Evi” –nin rəhbəri, Əlyazmalar İnstitutunun elmi işçisi, Qarabağ Müharibəsi veteranı, jurnalist və yazıçı Şöhrət Səlimbəyli təqdim edib.  Ş. Səlimbəyli Azercell-in Azərbaycanın rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açıb. Vahid Mürsəliyev də öz növbəsində mükafata layiq görüldüyünə görə, Şöhrət Səlimbəyliyə öz minnətdarlığını bildirib: “Azercell fəaliyyətə başladığı gündən abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyub. Bu 21 il ərzində biz hər zaman müştəri məmnuniyyətini üstün tutduq və bu keyfiyyətimiz bizi Azərbaycan rabitə bazarının lider mobil operatoru etdi. Təqdim etdiyiniz bu mükafatda 4,5 milyonluq abunəçiyə xidmət göstərən bütün Azercell ailəsinin payı var”.

Məlumat üçün bildirək ki, “Avropa Nəşr Mətbuat Evi”nin mükafatçıları sırasında  Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev; Azərbaycan Milli Elmlər Akademiyası  Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə, “Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədov, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin müdiri, Coğrafiya elmləri üzrə fəlsəfə doktoru Xəyyam Rəhimov, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin dekanı, texnika üzrə elmlər doktoru Cavanşir Zeynalov və digər tanınmış elm və mədəniyyət xadimləri var.

azercell_ 1

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktoru və Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Beynəlxalq Rabitə Akademiyasının akademikdir. O, “Azercell Telekom” MMC-nin prezidenti kimi həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Onların arasında The Business Year” dərgisindən “İlin şirkət rəhbəri” titulunu da xüsusi vurğulamaq olar.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.