Azercell kiber-təhlükəsizlik tədbirlərinə davam edir

 azercell_5İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən və bu sahədə son illərdə bir sıra yeniliklərə imza atan Azercell Telekom MMC daha bir layihəyə başlayıb. Artıq bir müddətdir ki, şirkət Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlərə start verib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlığı çərçivəsində şirkət əvvəl Bakı şəhəri 6 saylı orta məktəbdə “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirib. Qeyd edək ki, 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) yerli müəllimlər, məktəb liderləri və digər təhsil işçilərinə müasir tədris üsulları barədə təlimlər keçir, tədrisin bütün sahələrinə yönələn konfrans və tədbirlər təşkil edir.

azercell_4 azercell_3 azercell_6

Proqram ilk növbədə texnologiyadan “qaça” bilməyəcəyimiz gerçəkliyini vurğulasa da, bu reallıqda şagirdlər, məktəblər və ailələri gözləyən təhlükələr, bu təhlükələrin qarşısının alınması və ya problemlərin aradan qaldırılması yolları, şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunaraq, müasir şagird, müəllim və valideynin ən çox ehtiyac duyduğu və məsləhət almaq istədiyi mövzuları işıqlandırıb. 12-16 dekabr tarixlərində baş tutan təlimlərə sonuncu gündə valideynlər də qatılıblar.  Növbəti təlim 189-190 nömrəli məktəbdə planlaşdırılıb.  Məlumat üçün bildirək ki, gələn ildən başlayaraq bu təlimlər regionlarda da keçiriləcək.

azercell_1

Qeyd edək ki, Azercell Telekom MMC 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə” “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı Azercell Plus Təhlükəsizlik”  proqramını istifadəyə verib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir.  azercell_2 Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.