norm_3

Azərbaycanın aparıcı sement istehsalçısı olan “NORM” zavodu artıq bir neçə ildir ki,  Qaradağ rayonunda faliyyət göstərir. Bu müddət ərzində  şirkət istehsalat sahəsində uğurlar qazanmaqla yanaşı insan resurslarının inkişafına, korporativ sosial məhsuliyyət layihələrinə və gələcək nəslin peşakarlığının artırılmasına böyük diqqət yetirib. Nəticə olaraq qeyd edilən sahələrdə özünü müsbət nöqteyi nəzərdən təsdiqləmiş bir şirkət yetişdirilib. Hər bir istehsalatda olduğu kimi “NORM” zavodunda da insan resursları departamentinin öhdəsinə nəhənq məhsuliyyət düşür və məhz bu şöbənin savadlı işi nəticəsində işçi heyyətinin rəhbərliyə qarşı loyallığı və işlərin yerli yerində yerinə yetirilməsi təmin edilir. Müsahibə zamanı müşahidələrimiz isə insan resursları şöbəsinin vahid bir komanda şəklində işləməsini, əməkdaşların bir-biri ilə son dərəcə mehriban olmasını nəzərimizdən qaçmağa imkan vermədi.

Bu gün “NORM” zavodu bütün Cənubi Qafqazda ən iri sement istehsalçısıdır. Onun  məhsulu yüksək etibarlılığı, termodavamlılığı və istifadədə sadəliyi ilə xarakterizə edilir.   Zavod tanınmış Avropa istehsalçılarının avtomataşdırılmış avadanlıqları ilə təchiz edilib. Layihəyə sement sənayesində dünyanın aparıcı mütəxəssisləri cəlb edilmişdir.

Şirkət daim dünyada baş verən prosesləri təhlil edərək özünəməxsus uğur kosepsiyası yaradıb və bu uğurunu işçi heyyətinin çalışdığı şəraitin yaxşılaşdırılması ilə yanaşı ölkədə baş verən proseslərədə tovhəsini verməyə çalışıb.

“NORM” şirkətinin İnsan Resursları və İnzibati işlər şöbəsindən “World Economics” jurnalına verilən məlumata əsasən, xeyriyyəçilik ilə yanaşı şirkət tərəfindən peşəkar kadrların hazırlaması ilə bağlı layihələridə mövcuddur. Bu layihələri ölkənin gələcək inkişafına bir tövhə kimi qiymətləndirmək olar.

NORM_Арзу Абдуллаева

“Bildiyiniz kimi, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş l Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin əsas istiqamətlərndən biri insan kapitalının keyfiyyətinin yüksəldilməsidir. Bu sənədə əsasən “NORM” şirkətidə üzərinə əlavə korporativ sosial məhsuliyyət götürüb. Azərbaycanda peşə məktəblərinin inkişafı agentliyi yaradılıb və bu agentlik  fəaliyyətində bir əsas kimi Almaniyanın bu sahədə təcrübəsini götürüb.   “NORM”, reqionda fəaliyyət göstərən digər şirkətlərlə yanaşı, Qızıldaş və Sahil qəsəbələrində yerləşən iki peşə məktəbini öz himayəsinə götürüb. Bu peşə məktəblərindən biri dəniz təsərrüfatı ilə bağlı, digər isə tikinti sahəsi üzrə kadrlar yetişdirir. “NORM” qeyd edilən peşə məktəblərinin yetirmələrinə bütün istiqamətlər üzrə dəstək olmaq niyyətindədir, burada təcrübə keçmək imkanı ilə yanaşı, təhsili davam etdirmək imkanları, maddi yardımın göstərilməsi və s. nəzərdə tutulur. Bu məqsəd ilə zavodun ərazisində tədris mərkəzi tipli bir məkan yaradılıb və zavod peşə məktəbinin tələbələrinin təcrübə keçmələri ilə bağlı gəbul etməyə artıq hazırdır. İki qrup üzrə təcrübəçilər gəbul ediləcək, həftədə iki gün təcrübə keçmək şərti ilə”, deyə şirkətin insan resursları və inzibati işlər şöbəsində qeyd ediblər.

Eyni zamanda “NORM” şirkəti hər il ali təhsil ocaqlarının tələbələri üçün təcrübə keçmək imkanı yaradıb, bunun üçün şirkətin əməkdaşları  ölkədə mövcud olan ali təhsil müəssisələri ilə danışıqlar aparır karyera planlama mərkəzləri ilə əlaqələr yaradırlar, bu mərkəzlərin olmadığı universitet və institutlarda aidiyyatı fakultələr ilə əməkdaşlıq edirlər və bakalavrlarla yanaşı magistratura tələbələrinidə iş təcrübəsi toplamaq üçün şirkətə dəvət edirlər.

NORM_2

“Bu layihədə bizim əsas məqsədimiz Azərbaycan gənclərini iş həyatına hazırlamaqdır. Bu məqsədlə şirkət müəyyən portallarda  ölkə daxili və ölkə xarici elanlar verir. Cari ildə “NORM” tədris mərkəzində 18 tələbə təcrübə keçib, onlardan iki nəfər xarici universitetlərin tələbələri idi, biri İngiltərədən, digəri isə İspaniyadan idi. Hətta elə hallarda olur ki, xarici şirkətdə təcrübə keçən tələbə, oada təcrübəsini yaıda qoyub “NORM”-da təcrübə keçməyə üstünlük verir. Bu ildən etibarən insan resursları və inzibati işlər şöbəsinin müdiri Arzu Abdullayevanın təşəbbüsü ilə kadr hazırlığı konsepsiyası daha da genişlənib və gənclərə daha böyük imkanlar təqdim edilməsi nəzərdə tutulub. Bir  çox şirkətlərdə tələbələr peşələri üzrə təcrübə üçün dəvət edilir, NORM isə bununla yanaşı, hər həftənin  dördüncü günü tələbələr üçün iş həyatına hazırlıq üzrə 6-7 həftəlik təlim keçirir. Onlar 90 dəqiqə ərzində təqdimat bacarıqlarını, etik davranış qaydalarını nümayiş edirlər, bu onlarda korporativ mədəniyyətin formalaşmasına kömək edir.  Təlimin sonunda hər bir tələbə yekun təqdimat ilə çıxış edir. Bu il ərzində zavodda İqtisad Universitetinin tələbələri üçün 4 ekskursiya və təlim keçirilib, “Gənc mühəndislər” cəmiyyəti, Xəzər Universiteti , Dövlət Neft və Sənaye Universiteti üçün təlimər keçirilib və bu proses davam edir”, deyə “NORM”-da bildiriblər. Şirkət həmçinin aktiv şəkildə Ali Təhsil Ocaqlarında keçirilən yarmarkalarda iştirak edir və vakansiyalarını şəffaf şəkildə tələbələrə təqdim edir.

Qərb ölkələrinin təhsil ocaqlarında Capstone Project adlanan bir təcrübə var. Bu təcrübə, tələbənin diplom işi əvəzinə hər hansı bir şirkətlə birgə layihənin həyata keçirməsini nəzərdə tutur. Bu ildən etibarən “NORM” şirkəti ADA universitetinin tələbələri üçün bu imkanı yaradıb. Şirkətin müvafiq departamenti və tələbələr “Alternativ yanacaq” və “Alternativ xammal” layihələri çərçivəsində paralel araşdırmalar aparıblar. Əlbəttə ki, bu iki qrupun imkanları və nailiyyətləri eyni olmayıb, lakin elə məqamlar olub ki, orada tələbələr daha yaxşı göstəricilər nümayiş edib  və ADA universtetinin  rəhbərliyi tələbələrin diplom işlərinin müdafiəsinə gələn “NORM”un əməkdaşlrına bu təcrübədən çox məmnun qaldıqlarını bildiriblər.

Korporativ sosial məhsuliyyət layihələri ilə yanaşı,  “NORM” şirkəti keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyinə də böyük önəm verir. Təsadüfi deyil ki, “DNV GL Group” tərəfindən şirkətə keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim edilib. Bu yaxınlarda isə şirkət işçilərin təhlükəsizliyinin və ətraf mühitin qorunması  standartı olan  OHSAS 18001 standartlarının yeni versiyası olan İSO 45001 standartı üzrə fəaliyyət göstərməyə hazırdır. Zavodun məsul işçiləri üçün hər il İSO təşkilatının qeyd edilən standartlarının yenilikləri üzrə təlimlər təşkil olunur və onlar öz növbələrində şöbələrinin əməkdaşlarını yeni standartlarla bağlı məlumatlandırırlar.

Istehsalatda ilbəil yeni innovasiyalar peyda olur və bu yeniliklərlə ayaqlaşmaq üçün “NORM” şirkəti Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu ilə  əməkdaşlıq edir və şirkətin işçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər.

“NORM” şirkəti Avropanın Sement Tədqiqatı Akademiyasının (ECRA) üzvüdür. Şirkət tərəfindən kadrların davamlı inkişafı məqsədi ilə böyük əhəmiyyəti olan “Əvəzetmə planlaşdırması” layihəsini həyata keçirilir. Bu layihə çərçivəsində, şirkətin hər bir şöbəsi üzrə kritik  pozisiyaları təyin edilir və bu pozisiyalarda çalışan əməkdaşları əvəz edə biləcək  işçilər müəyyən edilərək onların təcrübəsinin artırılması və mövcud pozisiyanın tələb etdiyi meyarlara cavab verəcək həddə çatdırılması üzərində işlər aparılır. Beləliklə, şirkətdə hazırda orta hesabla  əvəz edilməsi çətin ola biləcək 10 nəfərdən yuxarı işçisi mövcuddur   və onları əvəz edəcək işçi qrupu üçün şirkət tərəfindən ayrıca bir hazırlıq proqramı keçirilir. Bu layihə artıq şirkətdə iki ildir ki, həyata keçirilir və bununla istehsalatın işinin dayanıqlılığı təmin edilir.

“NORM” şirkəti insan resursları sahəsində innovasiyaların tətbiginədə böyük diqqət yetirir. Məlumdur ki, 1990-cı illərdən etibarən Qərb idarəetmə təcrübəsində müəssisələr insan əməyini avtomatlaşdırılmış sistemlərlə əvəz edilməyə başlanılıb. Artıq 2000-ci illərin əvvəllərində bu təcrübə Azərbaycanda tətbiq edilməyə başladı və bu sistem sürətlə yayıldı. Daha sonra müəssisənin resurslarının planlanması məsələsi ortaya çıxmağa başladı. İlkin mərhələdə bu sistemlər Oracle platforması üzərində işləyirdi , bu gün isə qeyd edilən sistemlər SAP platforması üzərində tətbiq edilir. Qeyd edək  ki, SAP platforması müəsissənin tam şəffaf formada faliyyətini aparmasını tələb edir, əks halda onun modullarının tətbiqi qeyri mümkündür.

 

norm_4

“NORM” ümumi tendensiyalardan geri qalmayaraq ERP proqramını məhz SAP platforması üzərində tətbiq edib. Bu platformanın hər bir modulunun lokallaşdırılması 1,5 il tələb edir və biz hazırda bu istqamətdə işlər aparırıq. Lokallaşma işləri başa çatanadək isə, “NORM” digər IT şirkətin daha sadə olan kadr uçot sistemini istifadə edir və bu işçiərin əməkhaqlarını daha sürətlə hesablamağa imkan verir. Lakin bu sistem şirkətin cari insan resursları sahəsi üzrə texniki tələblərini tam əhatə etmir və bizim gələcək hədəflərimiz bütün prosesləri avtomatlaşdırmaqdır, lakin burada bizim məqsədimiz heçdə insan əməyinin azaldılması deyil, sadəcə biz işimizi sürətləndirmək istəyirik. Bu ilin sonuna kimi şirkətin hədəfi insan resrsları departamentinin  sənəd dövriyyəsini tam olaraq elektronlaşdırmaqdır və bu təcrübə uğurla tətbiq edildikdən sonra onu ümumlikdə şirkətin fəaliyyətində istifadə etmək niyyətindəyik”, – deyə şirkətin İnsan resursları və inzibati işlər şöbəsindən bildiriblər.

Şirkətin insan resursları departamentinin fəaliyyətində əsas məqsəd işçilərin şəxsi hüquqlarından tam və düzgün istifadə etməsinə imkan yaratmaq,  onlara vicdanla və ədalətlə yanaşmaq, ayrı-seçkilikdən uzaq, təhlükəsiz və sağlam iş şəraiti təmin etməkdir. NORM insan kapitalının inkişafı üçün imkan yaratmaq məqsədilə lazımi səy göstərir, sosial maarifləndirmə apararaq öz təşəbbüsləri ilə müvafiq sosial və ictimai fəaliyyətlərin yerinə yetirilməsində işçilərinə dəstək olur, onların şəxsi həyatları ilə peşə həyatlarına hörmətlə yanaşır.

Şirkətin geniş əhatəli sosial korporativ məhsuliyyət proqramları mövcuddur. Qaradağ rayonunda yerləşən şirkət yaranmasının ilk günündən bu günədək yerli İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq əlaqələri yaradaraq mövcud olan problemlərin həll edilməsində dəstək olmağa hazır olduğunu nümayiş edib. Bu əməkdaşlıq çərçivəsində “NORM” Qaradağ rayonunda yerləşən məktəbərdən birini himayəsinə götürüb, bu Emin Quliyev adına internat məktəbidir. Şirkət il boyu təhsil ocağınn inzibati problemlərin həlli istiqamətində yaxından iştirak edir. Burada özünə sıxınacaq tapan uşaqların asudə vaxtının təşkili məqsədi ilə ənənəvi olaraq bu ildə yeni il ərəfəsində qeyd edilən internat məktbinin şağirdlərinə sirk və ya teatr tamaşalarına biletlər hədiyyə ediləcək.

Əlbəttə ki, bununla şirkətin  məktəb üzərində sosial məhsuliyyəti  başa çatmır, şirkət tərəfindən internat məktəbinin binasında kiçik təmir işlərinin aparılması ilə bağlı qiymətləndirmə işləri  aparıb və artıq bu işlərn smetası tutulub ki, tələb olunan vəsait ayrılsın və təmir işləri icra olunsun. Bununla yanaşı, şirkət zavodun ərazisinin yaxınlığında yaşayan qaçqın və məcburi köçkünlərə həm maddi nöqteyi nəzərdən, həmdə bayramlarda ərzaq məhsulları ilə dəstək olur. Bu ilin əvvəlindən etbarən, şirkət yeni bir xeyriyyə aksiyasına başlayıb. Bu aksiya çərçivəsində xeyriyyə dəstəyi tələb edən hər hansı bir sorğu üzrə şirkət tərəfindən köməklik edilir. Belə sorğulardan biri də Mərdəkanda yerləşən ahıl və kimsəsiz insanlar cəmiyyətinə tikinti- bərpa işlərinin həyata keçirilməsi üçün tələb olunan sementin təqdim edilməsi olub.

Qeyd edilənlərlə yanaşı, HR departamenti ilk dəfə olaraq əməkdaşlarının uşaqları üçün “NORM-un uşaq günü”nü təşkil edib. Tədbirin məqsədi, uşaqları öz valideynlərinin iş yeri və ümumiyyətlə müəsissə ilə tanış etmək idi. Uşaqlar çox gözəl vaxt keçirdilər: onlar üçün zavdun ərazisi üzrə təlim turu və əyləncəli oyunlar təşkil edildi.

Gördüyümüz kimi, “NORM” şirkəti milli ənənələrə və korporativ sosial məhsuliyyət prinsiplərinə  sadiq olaraq işgüzar fəaliyyətindən əldə etdiyi gəlirlərinin bir qismini savadlı gələcək nəslin yetişdirilməsinə, kadr potensialının inkişafına və xeyriyyəçiliyə yönəldərək gələcək uğurlarının əsasını qoyur.

Aynur Vəliyeva