ПРООН_2

BMT-nin İnkişaf Proqramı, dayanıqlı inkişaf məqsədlərinin icrasını sürətləndirmək üçün Azərbaycanda ilk dəfə olaraq Respublika İnnovasiya Müsabiqəsinin təşkil olunmasında yaxından iştirak edərək müsabiqəyə qatılmış təxminən 200 ərizəçinin irəli sürdüyü ən yaxşı biznes ideya və layihələri qiymətləndirmək məqsədilə tələbə və müəllim kollektivini, dövlət qurumları, beynəlxalq təşkilatlar və media nümayəndələrinin iştirakı ilə  yekun mükafatlandırma mərasimi təşkil etmişdir.

BMTİP-in Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi və Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə tərəfdaşlıq əsasında həyata keçirdiyi İnnovasiya Müsabiqəsi təşəbbüsünə həmçinin bir sıra digər dövlət qurumları böyük dəstək vermişlər. İqtisadiyyat nazirliyinin qərarı ilə bu ilin oktyabrında irəli sürülmüş bu müsabiqə, milli universitetlərin tələbə və müəllim heyətini innovasiyalara, tədqiqatlara və inkişafa, eləcə də dayanıqlı inkişaf məqsədlərinə uyğun olan biznes təkliflərini təqdim etməyə həvəsləndirmək məqsədi daşıyırdı.

ПРООН_1

Nəticə etibarı ilə, iqtisadi inkişaf, sosial rifah və ətraf mühit kimi geniş sahələri əhatə edən yüzlərlə innovativ təkliflər müsabiqə komissiyasına təqdim edilmişdir. Ərizələr, Azərbaycanda dövlət xidmətlərinin daha mükəmməl şəkildə göstərilməsinə yardımçı olaraq geniş ictimaiyyətdən ideyaları və təklifləri toplamaq üçün yenicə yaradılmış, olduqca müasir məlumatların toplanması platforması olan və ASAN Xidmətin nəzdində fəaliyyət göstərən İdeya Bankının vasitəsilə qəbul olunmuşdur.

Nəzərdən keçirilməsi üçün təqdim olunmuş bütün ərizələr ən azı bir dayanıqlı inkişaf məqsədini hədəf tutaraq bu sahədə mövcud problemlərin həllinə yönəlmiş və yerli tələbatlara cavab verən innovativ mexanizmlər təklif edirdi.

Təkliflər maliyyə səmərəliyi və texniki-iqtisadi əsaslandırma meyarları üzrə qiymətləndirilmişdir. Ərizələrin əksər hissəsi dayanıqlı mühitə, eləcə də bir sıra inkişaf məsələləri üçün həll variantlarında təklif olunduğu kimi təkmil platformalardan və informasiya texnologiyalarından istifadəyə xüsusi önəm verirdi.

ПРООН_3

Qalib gəlmiş ideyalar arasında, nəqliyyat vasitələrinə aid aparılan mülkiyyət münasibətləri sahəsində elektron qaydada etibarnamənin verilməsini təmin edən mobil proqram təminatı ilə bağlı təklif olunan layihə birinci yer tutdu. İkinci yerə, alternativ yanacaq sahəsində innovativ bioqaz stansiyalarının tikintisini təmin edən layihə layiq görüldü. Üçüncü yer qalibi isə, haematococcuspluvialis adlı mikroyosun bitkilərindən antioksidant astaksatinin alınmasında yeni innovativ üsulları təklif edən layihəni təqdim etdi.

İnnovasiya Müsabiqəsi BMT-nin İnkişaf Proqramının müxtəlif hökumət qurumları ilə tərəfdaşlıq edərək Azərbaycanda dayanıqlı inkişaf sahəsində ictimaiyyət arasında məlumatlılığın artırılması və marağın stimullaşdırılması üçün həyata keçirdiyi bir sıra birgə təşəbbüslərdən biridir. BMT-nin İnkişaf Proqramı Dayanıqlı İnkişaf Məqsədləri və 2030-cu ilə olan Yeni Gündəliyin icrası sahəsində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edərək, həmçinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinə davamlı şəkildə dəstək göstərir. Burada əsasən imkanların genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinin təşviqi məsələlərinə xüsusi önəm verilir ki, bu da öz növbəsində ölkədə dayanıqlı inkişaf məqsədlərinə dair düzgün siyasətin həyata keçirilməsinə dəstək olur.

ПРООН_4

Qlobal məqsədlərin həyata keçirilməsinin icrasına Azərbaycanın bilavasitə maraq göstərdiyi haqqında danışan BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzai hökumətin bu günə kimi dayanıqlı inkişaf məqsədlərinə dair həyata keçirdiyi olduqca maraqlı təşəbbüsləri xüsusilə vuğulamışdır.

Qulam İsakzai bildirmişdir: “Azərbaycan Yüksək Səviyyəli Siyasi Forumda Dayanıqlı İnkişaf Məqsədlərinə dair öz könüllü hesabatını təqdim edən ilk dövlətlərdən biri olmuşdur. Ölkədə milli səviyyədə dayanıqlı inkişaf məqsədləri barədə məlumatları yaymaq və təşviq etmək məqsədilə bir sıra təşviqat tədbirləri keçirilmişdir. Azərbaycan, dayanıqlı inkişaf məqsədləri üzrə BMT-nin “Səylərin Səfərbər Olunması, Sürətləndirilməsi və Siyasətə Dəstək” (MAPS) adlı ilk vahid dəstək missiyasını qəbul etmişdir”.

Azərbaycanda ilk təşəbbüs kimi başlayan Respublika İnnovasiya Müsabiqəsinin Dayanıqlı İnkişaf üzrə 2030-cu ilə olan Yeni Gündəliyin icrasını təşviq etmək və onu dəstəkləmək üçün uzun müddətli təşviqat strategiyasının bir hissəsi olaraq hər il keçiriləcəyi planlaşdırılır.

Mətbuatla əlaqə

BMTİP-in Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli – arzu.jafarli@undp.org

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.