Bakı, 12 oktyabr 2017-ci il. Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – 5-ci “İnvestorlar yarmarkası 2017”-nin baş sponsoru qismində çıxış edib. Oktyabrın 6-da Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən keçirilən tədbirin əsas məqsədi ölkənin regionlarında kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün xarici investorların cəlb edilməsi olmuşdur.
Bu il “Mikromaliyyənin gələcəyi: çətinliklər və imkanlar” adlı konfransda iştirak etmək üçün həm özəl, həm də dövlət sektorundan 100-dən artıq nümayəndə dəvət olunmuşdur. Tədbirə dəvət olunanlar sırasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq maliyyə korporasiyasının, özəl bankların, bank olmayan kredit təşkilatların, investisiya şirkətlərinin və digər yerli və beynəlxalq təşkilat və strukturların nümayəndələri daxil idi.

“Mikromaliyyələşdirmə sektorunun gələcəyi” və “Maliyyə texnologiyaları erası” adlı işçi sessiyaları çərçivəsində konfrans iştirakçıları, həmçinin dəvət olunmuş mütəxəssislər hal-hazırda bazarın oyunçularının üzləşdiyi aktual problemləri və çağırışları, habelə dövlətin tənzimləyici orqanlarının sektorun inkişafındakı rolunu müzakirə etmişlər. Ekspertlər fəallığın stimullaşdırılması üçün zəruri olan bir sıra tədbirlərin, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı kontekstində bazar oyunçularının fəaliyyətində innovativ təcrübələrin tətbiqinin müzakirəsinə xüsusi diqqət yetirmişlər.

Tədbir çərçivəsində həmçinin AMFA-nın təsis etdiyi xüsusi mükafatların sahiblərinin adları çəkilmiş və laureatların təntənəli təltif etmə mərasimi keçirilmişdir. “İlin peşəkarı” nominasiyasında mükafatın sahibi AMFA-nın İdarə Heyətinin üzvü, PAŞA Bankın Baş kommersiya inzibatçısı Melih Mengü seçilmişdir.
Qeyd edək ki, işgüzar “İnvestorlar yarmarkası” konfransı Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən 2009-cu ildən keçirilir.

PAŞA Bank
Əmir Məmmədov
Korporativ Kommunikasiyalar Departamenti
Telefon: 012 496 5000
Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

Bank haqqında:
PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 450-dən çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə “World Finance” tərəfindən “Best Private Bank in Azerbaijan” adına layiq görülmüşdür. 2014-2015 illərdə “EMEA Finance” PAŞA Bankı “Azərbaycanın Ən Yaxşı Bankı” adlandırılmışdırlar. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Ən yaxşı bank” mükafatları ilə təltif olunub.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.
www.pashabank.az