Pasha Bank

Bakı, 19 oktyabr 2017-ci il. Kanadanın Toronto şəhərində keçirilən miqyaslı beynəlxalq maliyyə forumu SIBOS 2017 işini 19 oktyabr tarixində tamamlayır. Hər il keçirilən tədbir çərçivəsində aparıcı maliyyə təşkilatları və korporasiyaları, maliyyə sektoru üçün avadanlıq istehsal edən müəssisələr, proqram təminatı tərtibatçıları, müstəqil məsləhətçilər ilə təmsil olunan konfrans və ixtisaslı bank texnologiyaları sərgisi də təşkil olunur. Ötən illərdə olduğu kimi PAŞA Bank tədbirdə təkcə Azərbaycandan deyil, həm də bütün regiondan yeganə eksponent bank qismində çıxış edir.

Bu il “Building for the Future” adı altında təşkil edilmiş konfrans bankçılıq, komplayens, qiymətli kağızlar və yeni texnologiyalar kimi 4 əsas tematik mövzular ətrafında qurulmuşdur. İştirakçılar maliyyə sektorunun inkişafı ilə bağlı geniş çeşidli mövzuları, o cümlədən maliyyə texnologiyalarının (Fintech) tətbiqi fonunda bank seqmentinin inkişafı, maliyyə əməliyyatlarının təhlükəsizliyinin təminatı, o cümlədən potensial kiber təhdidlərdən və mümkün mənfi nəticələrdən müdafiə kimi məsələləri müzakirə etmişdir. Konfransda çıxış edənlər və iştirakçılar qlobal maliyyə sənayesinin gələcəyi, o cümlədən pul və qiymətli kağızlar bazarlarında blokçeyn əməliyyatlarının perspektivləri, qlobal miqyasda ödəniş proseslərinin yaradılmasında yeni yanaşmalar və digər aktual mövzuların müzakirə edilməsinə xüsusi diqqət yetirmişdir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, SIBOS forumu iş icması tərəfindən sadəcə konfrans və nailiyyətlərin sərgisi kimi deyil, həmçinin maliyyə sektorunun inkişaf strategiyasının və qlobal perspektivlərinin müəyyən edildiyi peşəkar, eləcə də çox-şaxəli biznes platforması kimi qəbul edilir.

“Maliyyə mühiti sürətlə dəyişir. PAŞA Bank olaraq biz bu aspekti gözəl dərk edirik və bunu nəzərə alaraq rəqəmsal bank modelinin təqdim edilməsi üçün böyük hazırlıq işləri görürük. Rəqəmsal bank modelinə keçidi biz 2018-2020-ci illəri əhatə edən yeni İnkişaf strategiyamız çərçivəsində həyata keçirməyi planlaşdırırıq. İş dünyasının gələcəyinin formalaşdığı belə bir mötəbər tədbirdə biz Azərbaycandan və regiondan yeganə eksponent bank olaraq iştirak edirik və aparıcı maliyyə institutlarının təcrübələrini mənimsəməyi və öz əməliyyat bazarlarımızda daha təkmil biznes yanaşmalarını təqdim etməyi hədəfləyirik”, – deyə T.Kazımov fikrini yekunlaşdırdı.

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya cəmiyyəti (SWIFT) tərəfindən təşkil olunan SİBOS forum-sərgisində PAŞA Bank ardıcıl olaraq 8 ildir ki, iştirak edir. Növbəti il Forumun Avstraliyanın Sidney şəhərində keçirilməsi nəzərdə tutulur.

PAŞA Bank  

Əmir Məmmədov

Korporativ Kommunikasiyalar Departamenti

Telefon: 012 496 5000

Elektron poçt ünvanı: amir.mammadov@pashabank.az

Bank haqqında:

PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olaraq ölkə tərəfindən həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi səylərinə uyğun olaraq Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi üçün bu sahədə fəaliyyət göstərən korporativ müştərilərinə xidmət göstərməkdən ibarət strateji məqsədlə 2007-ci ildə təsis olunmuşdur. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 550-dən çox əməkdaş çalışır.

2011, 2012 və 2013-cü illərdə PAŞA Bank beynəlxalq maliyyə jurnalı EMEA Finance tərəfindən “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” mükafatına layiq görülmüşdür. 2014-cü ildə Bank World Finance Magazine tərəfindən “Azərbaycanın ən yaxşı kommersiya bankı”, “Azərbaycanın ən yaxşı bank qrupu”, “Azərbaycanın ən yaxşı fərdi bankı” mükafatları ilə təltif edilmişdir. 2016-ci ildə Bank “World Finance” jurnalı tərəfindən “Ən Yaxşı Bank Qrupu” və “Ən yaxşı Kommersiya Bankı”, Global Finance jurnalı tərəfindən isə “Azərbaycanın ən yaxşı bankı” mükafatı ilə təltif olunmuşdur. 2017-ci ildə isə PAŞA Bank Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına, EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxşı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

www.pashabank.az