Azərbaycanda Dövlət İmtahan Mərkəzi yaradılıb.
Azərbaycanın dövlət aparatı kompakt və səmərəli olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin əvvəlində keçirilmiş iclasında institusional islahatın zəruriliyi barədə danışmışdır. Dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində çox ciddi iş gedir, büdcə orqanlarının artıq və əvəzedici funksiyaları ixtisar olunur. Bu islahat çərçivəsində görülən tədbirlərdən biri də publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin yaradılmasıdır.
Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə WE&WE-yə yeni qurumun qarşısında dayanan məsələlərdən danışıb.
m-abbaszade-01

Hal-hazirda idarə etdiyiniz qurumun yeni infrastrukturunun yaradılması üçün hansı tədbirlər görülür?
— DİM artiq Vergilər Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Nəticədə TQDK və DQMK ləğv olundu, onların bazasında DİM yaradıldı. İki strukturun ləğvi və birləşdirilməsi prosesi başlanıldı. Bununla xüsusi komissiya məşğuldur. Qeyd etməliyəm ki, bu, çox ciddi və bir neçə tədbiri nəzərdə tutan hüquqi proseduradır. Bundan əlavə, iki təşkilatın resursları birləşdirilir. Maddi-texniki bazadan başqa hər iki təşkilatın geniş intellektual bazaları da mövcüddür. Bildiyiniz kimi DQMK 10 il, TQDK isə 20 ildən artıq idi ki, fəaliyyət göstərirdilər. Ona görə də ikisində də əsaslı intellektual “portfel”lər var. Söhbət tətbiqi proqram təminatından, 4 milliondan artıq şəxsin haqqında məlumat saxlayan (abituriyentlər, müəllim-nəzarətçilər, mütəxəssislər və s.) məlumat bazalarından, keçirilən testlərdən gedir. Xaric imtahanları keçirmək və əhaliyə e-xidmətləri göstərmək üçün istifadə olunan proqram təminatını da nəzərə almalıyıq – həmin proqramlar da əlavə ekspertizadan keçir və birləşdirilir. İllərlə toplanan çox böyük məlumat layları mövcuddur. Aydındır ki, iki təşkilatın birləşməsi sırf texniki proses deyil. İlk növbədə DİM- in fəaliyyətini təşkil edəcək komplektləşdirilmiş şöbələr müəyyən edilir. Axı biz bu müddətdə öz səlahiyyətlərimiz çərçivəsində əhaliyə xidmətlərimizi göstərməyə davam edirdik və indi da davam edirik.
Yeni təşkilatın idarəetməsinin mahiyyəti çox ciddi şəkildə təhlil edilir. Bu sadə texniki araşdırma deyil, idarəetmə formalarının tədqiqidir, yeni təşkilatın səmərəli fəaliyyəti üçün optimal sxemlərin seçimidir.
Hələlik iki təşkilatın saytlarını formal şəkildə birləşdirən rəsmi sayt dim.gov.az fəaliyət göstərir, və bununla yanaşı yeni informasiya portalı hazırlanmaqdadır.
DİM-in aparatının formalaşmasına dair planlarınız nədir? Mərkəzin personalı bütövlükdə yenilənəcəkmi? Bu proses necə həyata keçirilir? 
— Kütləvi ixtisarlar olmayacaq. Hər iki qurumda ötən illər ərzində elə səlahiyyətli mütəxəssislər formalaşıb ki, onları əvəz etmək çox çətin olacaq. Məcazi dillə desək, “ədədi mallardır”. Onlar müxtəlif növ imtahanların keçirilməsinin texnoloji prosesinə, testlərin hazırlanması metodikasına və s. Dərindən bələddirlər. Mən həm TQDK-nın, həm də DQMK bütün əməkdaşları ilə görüşüb onların yeni təşkilatda perspektivlərinə dair müsahibə apara bildim. Hər biri ilə ayrıca söhbət, hər birinə individual yanaşma. Axı bu insanlar büdcə təşkilatlarında çalışırdılar. Artıq onlar başqa statusu olan təşkilatda çalışacaqlar.Dövlət qulluqçuları kimi onların maddi mükafatlara və güzəştlərə haqları var idi, onların pensiya ödəmələri mövcud qanunvericilik əsasında xüsusi model ilə həyata keçirilirdi. İndi isə vəziyyət dəyişib. Bu işdə yeni rolda qalıb-qalmamaq və ya daha münasib variant axtarmaq barədə hər kəs özü qərar verəcək. Hər iki xalda biz onların seçiminə hörmətlə yanaşacağıq.

DİM-nin büdcəsi nə qədərdir? Vəsaitin həcmi səmərəli fəaliyyət göstərmək üçün yetərlidirmi?
— 2017-ci ilin yanvarın 1-dən imtahan mərkəzi nizamnamə fondu 1 mln. manat olan büdcə ilə fəaliyyətə başlayacaq. Aydındır ki, bu vəsait qurumun bir il ərzində tam fəaliyyət göstərməsi üçün yetərli deyil. Lakin publik hüquqi şəxs statusu bizə kommersiya məqsədi ilə xidmət göstərmək imkanı yaradır. Biz bunun üzərində işləyirik. Hər növ xidmətlərimizə dair tarif layihəsi hazırlanıb. Bizim bəzi xidmətlərimizin qiyməti (tarifi) dövlət tərəfindən tənzimlənən xidmətlər siyahısına salınması barədə sənəd Nazirlər Kabinetinə təqdim olunub. Daha sonra onlar Tarif şurasına təqdim olunacaq.
İqtisadçılarımız bakalavr, magistr, rezidentura pillələrinə, dövlət qulluğuna qəbul imtahanlarına nə qədər vəsaitin sərf olunması, bu kampaniyaların iştirakçılarının sayı haqqında hesablama aparıblar. Əvvəllər bu imtahanların keçirilməsi üçün TQDK-ya dövlət büdcəsindən ildə 5 mln. manat, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya isə 1,5 mln. manat vəsait ayrılırdı. Bundan əlavə, büdcə təşkilatı olaraq biz ƏDV-dən və vərgilərdən azad idik, digər güzəştlər də tətbiq olunurdu. Biz hər imtahanın keçirilməsi zamanı bir iştirakçıya nə qədər vəsaitin xərcləndiyini hesabladıq. Bu hesabatlar, həmçinin onların Türkiyə, ABŞ, Avropa ölkələrində göstərilən analoji xidmətlərin qiymətləri ilə müqayisəsi yuxarı strukturlara təqdim olunub.
m-abbazsade-02

Siz bu məbləği açıqlaya bilərsiz?
— Ən kütləvi imtahanı misal gətirmək olar – bakalavr pilləsinə qəbul imtahanı. Bu imtahan keçirilən zaman hər abituriyentə orta hesabla 25 manat xərclənirdi. Lakin daha böyük büdcəyə malik olan imtahanlar da var. Mən bu yaxınlarda bu rəqəmi KİV-də açıqladım. Bu informasiya cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri bu məbləği həddindən artıq yüksək hesab edirlər. Amma mən bu yaxınlarda Dənizkənarı Milli Parkdakı uşaq attraksionlarının və uşaq əyləncə mərkəzlərinin qiyməti ilə maraqlandım. Valideynlər övladlarını ora aparmağa simiclik etmirlər, orada həmişə çoxlu sayda ziyarətçilər olur. O attraksionların qiyməti ali məktəblərə qəbul imtahanlarının qiymətindən daha çoxdur.
Bundan əlavə, bəzi valideynlər övladlarının qiyməti 150 manat olan TOEFL, SAT, IELTS proqramları ilə ingilis dili imtahanı verməsinə normal yanaşır. Bəziləri bu imtahanların hətta bir neçə dəfə verir. Buna baxmayaraq, qəbul imtahanlarının qiymətini onlar “astronomik” hesab edirlər…
Tarif şurası təsdiq etdikdən sonra, DİM-nin xidmətlərinin qiymətləri açıqlanacaq. Hesab edirəm ki, əhalinin müəyyən sosial təbəqələri üçün dövlət tərəfindən imtiyazlar tətbiq oluna bilər. Məktəblərdə buraxılış imtahanları isə pulsuz olacaq, bu xərclər sifarişçi tərəfindən ödəniləcək, yəni dövlət tərəfindən.
Sizi artıq kommersiya müəssisəsi hesab etmək olarmı?
— Bu tam olaraq elə deyil. Biz pullu xidmət göstərmək hüququ olan dövlət müəssisəsiyik. Bizə pul qazanmaqla bağlı qadağa qoyulmayıb. DİM yeni maliyyə şərtləri altında fəaliyyət göstərəcək. Bununla bərabər dövlət bizə müəyyən işlərin görülməsi ilə bağlı sifarişlər verə bilər. Məsələn, dərsliklərin monitorinqi. TQDK-da xüsusi şöbə fəaliyyət göstərirdi. Bu şöbənin əməkdaşları dərsliklərin qiymətləndirilməsini həyata keçirir, ekspertləri cəlb edir, tədqiqatların nəticələri ilə bağlı hesabatlar hazırlayır, elmi-metodik seminarlar keçirirdilər. Bundan əlavə, bu monitorinqlərin və elmi-metodik seminarların nəticələri ilə bağlı materialların yerləşdirildiyi dərslik portalı da hazırlanmışdı. Bu portal dərsliklərin məzmunu barədə fikir mübadiləsi aparmaq üçün elektron platformadır.
Bu işlərin həyata keçirilməsi üçün büdcədən maliyyə vəsaiti ayrılırdı, bu vəsaitdən işçilərə, ekspertlərə əmək haqqı ödənilirdi. Lakin yeni şərtlərdə DİM bu cür sifarişləri Təhsil Nazirliyindən alacaq. Əgər nazirlik bu xidməti ödəsə, monitorinq həyata keçiriləcək, əks halda keçirilməyəcək.

Başqa sözlə, DİM maliyyə müstəqilliyinə malik olacaq?

— Tamamilə doğrudur. Vəsait qazanmağımız üçün imkanlarımız geniş olacaq. Məsələn, hər hansı bir universitet, lisey bizə dərsliklərin kurikulum və ya ali məktəb kursu ilə uyğunluğu barədə monitorinq keçirməyi sifariş etsə, biz bunu həyata keçirə bilərik.
Əvvəllər müəlliflər belə təkliflərlə TQDK-ya müraciətlər edirdi, lakin biz dövlət qurumu olduğumuz üçün imtina etməli olurduq. Bizim belə bir funksiyamız yox idi. İndi DİM-nin fəaliyyət sahəsi və pullu xidmət göstərmək imkanları genişlənir.
Biz sifariş qəbul edib mənfəət əldə edə bilərik. Əmin olun, bütün işlər bizim səlahiyyətli kadrlarımız tərəfindən, sınanmış üsullar və alətlər vasitəsilə peşəkar qaydada həyata keçiriləcək. Məsələn, əgər belə bir sifariş gəlsə, biz kommersiya şirkətlərində test üsulu ilə işçi heyətinin qəbulunu təşkil edə bilərik. Biz xidmət bazarına girməyə hazırıq, lakin bizim xidmətlərimiz spesifikdir, intellektual xarakter daşıyır. Neçə illərdir uğurla fəaliyyət göstərən statistik nəticələrin analizi və abituriyentlər üçün çoxvariantlı sualların tərtibatı sistemini yaratmışıq. Qeyd edim ki, bu nou-haular həmişə bizim əcnəbi həmkarlarımızı maraqlandırıb, amma dövlət qurumu olduğumuz üçün biz onları sata bilməzdik. Artıq biz onların həyata keçirilməsi ilə bağlı müqavilələr bağlaya bilərik.
Bu yaxınlarda yeni internet resursun təqdimatı keçiriləcək. Bu resursun köməyilə yuxarı sinif şagirdləri müstəqil şəkildə, repetitorların köməyi olmadan ali məktəblərə qəbul imtahanlarına hazırlaşa biləcəklər. Bu, pullu xidmət olacaq. Əminəm ki, intellektual xidmətlər bazarında DİM öz yerini tapacaq və bizim xidmətlərə tələbat böyük olacaq.
Bu çox ciddi bir tədbirdir, məzmunu və formatı əvvəllər keçirilən analoji sınaqlardan fərqlənir. Biz bu imtahana artıq 4 ildir hazırlaşırıq. Onun iştiraqçıları 9 il qabaq milli kurikulum əsasında təhsil almağa başlayan uşaqlardır. Şagirdlərin biliyinin yoxlanılması üçün monitorinq imtahanlarını 2013-cü ildə 5-ci sinifdən başlayaraq keçirməyə başladıq. Bu prosess 2016-cı ilə qədər davam edirdi. İndi bu uşaqlar artıq 9-cu sinifdə oxuyur və qarşıda onları buraxılış imtahanı gözləyir. Bu illər ərzində 113 min tələbədən 85 mini ana dili və riyaziyyat üzrə monitorinq imtahanları verib. Biz onların kurikulum üzrə məktəb proqramını hansı səviyyədə mənimsədiklərini, onların zəif və güclü tərəflərini bilirik. Bundan əlavə, son illərdə respublika üzrə markerlər, yəni yazılı işləri yoxlayan müəllimlər bazasının yaradılması ilə bağlı tədbirlər görülüb.
Bu illər ərzində milli kurikuluma uyğun olan yeni növ tapşırıqlar hazırlanırdı, müəllimlər, şagirdlər və valideynlər üçün metodik vəsaitlər nəşr olunurdu. Bu iş bu gün də davam etdirilir. Biz bölgələrdəki məktəb müəllimləri ilə birgə çalışırıq, onlarla görüşlər keçirib imtahan zamanı hansı taşırıqlardan istifadə olunacağını başa salırıq. İmtahanlar iki mərhələdən ibarət olacaq: mart ayında keçirilməsi nəzərdə tutulan birinci mərhələdə yeni növ tapşırıqlar təqdim olunacaq, ikinci mərhələ isə iyun ayında keçiriləcək.

Təhsil Nazirliyi ilə hansı münasibətlər qurulacaq?

— İş münasibətləri quracağıq. Təkcə Təhsil Nazirliyi ilə deyil, işə qəbul imtahanları keçirəcəyimiz bütün dövlət qurumları ilə tərəfdaşlıq və biznes münasibətləri qurmağı planlaşdırırıq. Biz bu cür münasibətlərin qurulmasında maraqlıyıq. İstəyirik ki, bizim fəaliyyətimiz həm təhsil mühitinin sağlamlaşdırılmasına, həm də Azərbaycanın dovlət orqanlarında kadr potensialının optimallaşdırılmasına təkan versin.

İradə Ağayeva

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb