Aslan bəy Vəzirzadə
aslan_vezirzade

Azərbaycan alimi, professor Aslan bəy Vəzirzadə 6 yanvar 1898-ci ildə Bakı şəhərində anadan olub. Onun elmi fəaliyyəti mineralogiya və kristalloqrafiya sahələrini əhatə edirdi.
Azərbaycan SSRİ-nin əməkdar elm xadimidir. “Azneft” geoloji-kəşfiyyat idarəsində işləyərkən, eyni zamanda 14 noyabr 1920-ci ildə Sovet hökuməti tərəfindən yaratdılmış Azərbaycan Politexnik İnstitutunda dərs demişdir. A.Vəzirzadə bu institutda ömrünun sonunacan – 50 ildən çox işləyib.
O, professor elmi adına layiq görülmüş, kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasına rəhbərlik etmişdir. Yüksək ixtisaslı mütəxəssislər , elmlər doktorları, akademiklər yetişdirən Aslan bəy Vəzirzadə özündən sonra böyük irs – görkəmli geoloq pleyadasını -qoymuşdur. Aslan bəy Vəzirov SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur.

*
İsmayıl Dağıstanlı
ismail
Sovet Azərbaycanın teatr və kino aktyoru İsmayıl Dağıstanlı (əsl adı – İsmayıl Hacıyev) 6 yanvar 1907-ci ildə Azərbaycanın Zaqatala vilayətinin (indi Qax rayonu) Zərnə kəndində anadan olmuşdu.
1926-cı ildən (1931-1933, 1936 – 1938 illərdə fasilələrlə) – M. Əzizbəyov Azərbaycan Dram teatrının aktyoru kimi çalışmışdır. 1931-1933 – cü illərdə Dərbənddəki ( Dağıstan, Rusiya) Azərbaycan Dram teatrının yaradıcısı və rəhbəri olan İ.Dağıstanlı həmən illərdə bu teatrda, sonradan isə 1936 – 1937-ci illərdə İrəvan Azərbaycan teatrında aktyor işləyib.
O, həmçinin kinoda da çəkilmişdir. M.A. Əliyev adına Azərbaycan Dövlət incəsənət institutun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) “Səhnə danışığı” kafedrasında dərs demiş, bir sıra istedadlı aktyorlar yetişdirmişdir.

*
Abid Şərifov

abit

Azərbaycanın dövlət və ictimai xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov 6 yanvar 1940-cı ildə Şəki şəhərində anadan olub.
“Mühəndis-inşaatçı” ixtisası üzrə ali təhsil almışdır. 1995-ci ilin noyabr ayından etibarən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. İnşaat, inşaat sahəsi, şəhər təsərrüfatı, nəqliyyat, rabitə, ölkə regionlarının inkişafına nəzarət edir. Eyni zamanda bir sıra Dövlət komissiyalarının sədridir.

*
Janna d’Ark

janna

Orleanlı Qız – Fransanın milli qəhramanı Janna d`Ark 6 yanvar 1412 ildə Fransanın Domremi kəndində, müflisləşmiş zadəganlar ailəsində anadan olmuşdur.
O, Fransa və İngiltərə arasındakı 100 illik müharibədə Fransa ordusunun komandanlarından olmuşdur.
Orlean şəhərinin yanındakı qələbədən sonra Jannaya “Orleanlı Qız” adı verilib. Bu günədək 8 may Orlean şəhərinin ən əsas bayram günü kimi qeyd olunur. 1430-cu il mayın 23-də xəyanət nəticəsində burqundiyalılar tərəfindən əsir götürülən Janna d’Ark, ingilislərə 10 min qızıl livrə satılmış, sonradan kafir kimi elan olunaraq, tonqalda yandırılmışdır.
O, 1456-cı ildə bəraət qazandı və 1920-ci ildə katolik kilsəsi tərəfindən müqəddəs elan olundu.
Hal-hazırda Fransanın hər bir katolik kilsəsində müqəddəs Janna d`Arkın heykəli var. Orleanlı Qız- kişi paltarında, əlində qılıncla təsvir edilir.

*

Adriano Çelentano

adriano_celentano-11

Dünyaca şöhrətli italiyalı musiqiçi, müğənni və kinoaktyor Adriano Çelentano 6 yanvar 1938 –ci ildə Milan şəhərində anadan olmuşdur.
O, səhnədəki çevik hərəkətlərinə görə İtaliyada “Molleqiato” (Yaylı) ləqəbi qazanıb.
Çelentano İtaliya musiqi tarixində ən uğurlu və nüfuzlu ifaçıdır – karyerası boyunca 600 – dən çox mahnı ifa edib, ümumi tirajı 150 milyon nüsxə olan 41 studiya albomu buraxıb və 40 – dan çox filmdə çəkilib.
“İnadkarın ram edilməsi” (1980), “Blef” (1976), “Dəlicəsinə aşiq olmuş” (1981) və “Binqo-Bonqo” kinokomediyalarına görə Azərbaycan tamaşaçılar arasında məşhurluq qazanmışdır.

“Blef” (1976) və “Məxmər əllər” (1980) filmlərinin ən yaxşı kişi roluna görə iki dəfə “David di Donatello” mükafatının laureatı olub. 1989-cı ildə Milan şəhərinin “Ambrogino d’oro” (Qızıl Amvrosiy) ali mükafatı ilə təltif olunub.
2007-ci ildə “Time Out” jurnalının “100 ən parlaq ulduz” siyahısında birinci yer tutub. 1987-ci il aprelin 24-də kəşf edilən 6697 №-li asteroid Adriano Çelentanonun şərəfinə adlandırılıb. Hal-hazırda müğənni aktiv yaradıcılıq fəaliyyətini davam etdirir – məşhur italyan müğənnisi Minna ilə birgə yazılan yeni “Le migliori” diski 2016-cı il noyabrın 11-də işıq üzü görüb.
Adriano Çelentano özünü təkcə aktyor kimi deyil, həm də rejissor, teleaparıcı, müğənni və bəstəkar kimi də təsdiq edib.
Ukraynada “Pizza Çelentano” fast-food restoranlar şəbəkəsi müğənninin şərəfinə adlandırılıb. Çelentanonun “İnadkarın ram edilməsi” filmində yaratdığı obraz, “Şərabçıların rəqsi” şərabının istehsalçıları tərəfindən istifadə edilir.

Pulsuz abunə: We & World Economics wem_rss
Bizi sosial şəbəkələrdə izləyin: wem_tw wem_ld wem_inst wem_fb